Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən uzun illər həmkarlar ittifaqı sahəsində böyük xidmətlərinə və əməyin mühafizəsi üzrə apardığı işlərə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin mühafizəsi şöbəsinin müdiri Vladimir Vasilyeviç Arqutkin Fəxri Fərmanla təltif olunmuşdur.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən uzun illər həmkarlar ittifaqı işində xidmətlərinə, mədəniyyət işi sahəsində səmərəli fəaliyyətinə, kollektivin ictimai həyatında fəal iştirakına və anadan olmasının 65 illiyi münasibətilə Balaxanı qəsəbə M.Ə. Sabir adına Mədəniyyət Evinin Xalq Teatrının quruluş-hissə müdiri, Həmkarlar İttifaqı Komitəsinin sədri Esmira Fərruxmirzə qızı Şeydabəyova Fəxri Fərmanla təltif olunmuşdur.

