14 iyun 2022-ci il tarixində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin və Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Zərdab rayon Heydər Əliyev Mərkəzində 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar “Şuşanın milli simvolu-XARIBÜLBÜL” adlı tədbir keçirilmişdir.
Tədbirdə MİHİ Zərdab rayon Komitəsi və Zərdab rayon H.Əliyev Mərkəzi tərəfindən rayon ümumtəhsil məktəbliləri arasında təşkil edilən “Şuşa Zirvəsi" adlı inşa yazı müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə təltif edilmişlər.