top of page

Sumqayıt şəhərində MİHİRK-in Rəyasət Heyətinin Səyyar İclası keçirilmişdir

21iyun 2022-ci il tarixində Sumqayıt şəhərində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin Səyyar İclası keçirilmişdir.

İlk olaraq tədbir iştirakçıları tərəfindən Azərbaycanın Ümummilli Lideri Ulu Öndərimiz Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanı ziyarət edilmiş, gül və əklil qoyulmuşdur.


MİHİ Respublika Komitəsinin Rəyasət Heyətinin İclası Sumqayıt Dövlət Dram Teatrının Konfrans zalında keçirilmişdir.İclasda, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini C.Alxasov, Sumqayıt şəhər İcra Hakimiyyətinin şöbə müdiri F.Kazımov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi R.Əliyev, MİHİ Respublika Komitəsinin Rəyasət Heyətinin üzvləri, MİHİ Respublika Komitəsinin Regional Ərazi Metodiki Mərkəzlərinin məsul şəxsləri və MİHİ-nin Sumqayıt, Şuşa, Qubadlı, Zəngilan, Xızı, Abşeron, Şabran, Siyəzən, Quba, Qusar, Xaçmaz şəhər və rayon Komitələrinin sədrləri iştirak etmişlər.


İclasın əvəvlində iclas iştirakçıları II Qarabağ Müharibəsində şəhid olan əsgər və zabitlərin xatirəsini bir dəqiqəlik sükütla yad etmişlər.İclasın açılışında MİHİ Respublika Komitəsinin sədri C.Səttarova tədbir iştirakçılrına MİHİ Respublika Komitəsinin Rəyasət Heyətinin 2022-ci ilin İş Planına Müvafiq olaraq “MİHİ-nin Regional Ərazi Metodiki Mərkəzləri tərəfindən görülən işlər haqqında” məsələnin müzakirə olunacağı barədə məlumat vermişdir.


C.Səttarova çıxışında qeyd etmişdir ki, MİHİ Respublika Komitəsinin fəaliyyət göstərən 16 Regional Ərazi Metodiki Mərkəzlərin yaradılması Respublika Komitəsinin sosial tərəftaşları olan Mədəniyyət Nazirliyinin Regional Mədəniyyət İdarələri, Gənclər və İdman Nazirliyinin Gənclər və İdman İdarələrilə operativ danışıqların aparılmasına, Ərazi Sazışlərin bağlanılmasına, birgə tədbirlərin keçirilməsinə və digər məsələlərinin həllinə daha da yaxşı şərait yaradılmasını tədbir iştirakçəlarının nəzərinə çatdırmışdır.


“COVİD-19” pandemiyası və “44 günlük Vətən Müharibəsi” dövründə MİHİ Respublika Komitəsinin xidmət əhatəsində olan müəssisə və təşkilatlarının 1300 aztəminatlı ittifaq üzvlərinə və 398 şəhid ailələrinə, qazilərinə və müharibə iştirakçəlarına ərzaq sovqatları paylanılmışdır. Eyni zamanda Koronavirus Mübarizəyə Dəstək Fonduna, Azərbaycan Respublikası MüdafiəNazirliyinin Silahlı Qüvvələri “Dəstək Fondu”na, şəhid ailələrinə, Qarabağ qazilərinə kömək məqsədilə yaradılmış “Yaşat Fondu”na və “Qarabağ Dirçəliş Fondu”na maliyyə vəsaitinin köşürülməsi barədə məlumat vermişdir.


MİHİ Respublika Komitəsinin əməkdaşları tərəfindən Sumqayıt və Xaçmaz Regional Ərazi Metodiki Mərkəzlərinin 2020-2021-ci illəri üzrə iş fəaliyyətlərinin yoxlanılmasının nəticəsi barədə MİHİ Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Ç.İbrahimov tədbir iştirakçılarına geniş məlumat vermişdir.


Arayış əsasında hazırlanmış Qərar layihəsi Rəyasət Heyətinin üzvlərinə təqdim olunmuş və Qərar MİHİ Respublika Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Z.Həmidov tərəfindən səsləndirilmiş və Qərar qəbul olunmuşdur.


İclasda MİHİ Respublika Komitəsinin Sumqayıt, Xaçmaz, Ucar və Şəki Regional Ərazi Metodiki Mərkəzlərinin məsul şəxsləri apardıqları işlər barədə məlumat verilmişdir.


Tədbirdə iştirak edən AHİK-in sədr müavini C.Alxasov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi R.Əliyev və Sumqayıt şəhər İcra Hakimiyyətinin şöbə müdiri F.Kazımov çıxış etmişlər.


İclasın sonunda MİHİ Sumqayıt şəhəri Komitəsinin ittifaq üzvləri arasında şəhid analrına Təşəkkürnamə və maliyyə vəsaiti təqdim edilmiş, MİHİ Sumqayıt şəhər Komitəsinin ittifaq üzvlərinin yubilyarları Fəxri Fərman və pul mükafatı ilə təltif olunmuşlar. MİHİ Respublika Komitəsi tərəfindən texniki dəstək olmaq məqsədilə Qubadlı rayon Komitəsinə noutbuk hədiyyəsi verilmişdir.


Tədbirin yüksək səviyyədə təşkili üçün MİHİ Respublika Komitəsinin C.Səttarova Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhərliyinə və təşkilatçılara minnətdarlığını bildirmişdir.


Tədbirin rəsmi hissəsindən sonra tədbir iştirakçıları üçün Regional Mədəniyyət İdarəsi tərəfindən konsert təşkil edilmişdir. Konsertdə Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin şaqirdləri müxtəlif repertuarlarla çıxış etmişlər. Konsert proqramının MİHİ Abşeron rayon Komitəsinin sədri İ.Manafov dirijorluğu ilə xalq çalğı əlatləri orkestri müşaət etmişdir.





bottom of page