top of page

Sosial şəbəkələrin təsirləri ilə bağlı vebinar keçirilib

7 aprel 2021-ci il tarixdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Disput Klub”-un çərçivəsində “Rəqəmsal yayıma və sosial şəbəkələrin yiyələnməsi prosesində gənlərin rolu” mövzusunda vebinar keçirilmişdir.

Vebinarı giriş sözü ilə açan MİHİ RK-nın sədri Cəmilə xanım Səttarova vebinar iştirakçılarını 44 gün davam edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Qarabağ zəfəri və 2016-ci il Aprel döyüşlərinin ildönümü ilə təbrik etmişdir. Daha sonra “Unutma” şuarı ilə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

C.Səttarova öz çıxışında qeyd etdi ki, XXI əsrdə informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmişdir və kim hansı sahə ilə maraqlanırsa, sanki onların klubları yaranır. Məsələn, həkimlər, iqtisadçılar, hüquqşünaslar və digər klublar. Belə klublar istifadəçilərin həm də öz peşəkar biliklərinin artırılmasında da böyük rol oynayır.

C.Səttarova onuda vurğuladı ki, yeni texnologiyalar bir çox üstünlükləri ilə bərabər, həm də arzuolunmaz fəsadlara da yol açır. Hər şeydən sui-istifadə etməyə öyrəşmiş adamlar sosial mediadan belə bu məqsədlə də istifadə etməyə çalışırlar. Onlar yalan məlumatlar yayıb ictimai rəyi çaşdırırlar. Mənəviyyatdən kənar, insanlığa xas olmayan ifadələrlə həm ictimaiyyəti, həm də ölkə rəhbərliyini təhqir edirlər. Bundan başqa, bir sıra ictimai-siyasi xadimlərin, deputatların adından özlərinin demədiyi fikirləri səsləndirməklə nəyin bahasına olursa-olsun hakimiyyətə zərbə vurmağa çalışırlar. Artıq sosial şəbəkələr öz sosiallığını itirərək bir sıra qüvvələrin əlində siyasi və ideoloji mübarizə üçün bir platformaya çevrilib. Belə özbaşnalığın başlıca səbəbi də qanunların bu yeni texnologiyalara uyğunlaşdırılmamasıdır. Ümumiyyətlə sosial şəbəkələrdə danışıq və davranış etikası ilə bağlı çox ciddi problemlərin mövcud olduğunu söylədi.

Cəmilə xanım çıxışının sonunda ittifaq üzvlərini sosial şəbəkədə fəal olmağa, cəmiyyətimizin inkişafı, dövlətçiliyimizin təhlükəsizliyi naminə öz biliyini, bacarığını əsirgəməmyə çağırdı və “FaceBook” sosial şəbəkəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və MİHİ Respublika Komitəsinin fəaliyyət göstərən səhifələrinə üzv olmağa dəvət etdi.

MİHİ RK-nın xidmət əhatəsində olan əksər şəhər və rayon Komitələri, ilk təşkilatların HİK sədrlərinin və fəallarının qatıldığı tədbirdə digər çıxışlar da dinlənildi.





bottom of page