May ayının 21-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində AHİK tərəfindən keçirdiyi 2020-ci il üzrə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adında Respublika baxış-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Keçirilən tədbirdə AHİK-in əməyin mühafizəsi şöbəsinin müdiri V.Arqutkin və MİHİ Respublika Komitəsinin sədri C.Səttarova iştirak və çıxış etmişlər.
Tədbir zamanı qalib müəssisələrin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru R.Əliyev və C.Qaryağdıoğlu adına 9 saylı Uşaq Musiqi Məktəbinin direktoru Ə.Dadaşov çıxış edərək, çalışdığı müəssisələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik istiqamətində və “COVİD-19” pandemiyası ilə bağlı müdafiə tədbirlərinin görülməsi barədə məlumat vermişlər.
Müsabiqənin qalibləri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, C.Qaryağdıoğlu adına 9 saylı Uşaq Musiqi Məktəbi AHİK-in Fəxri Diplomu və qiymətli hədiyyələr ilə təltif edilmişlər.