MİHİ Qusar rayon Komitəsinin əhatəsinə daxil olan Uşaq İncəsənət Məktəbinin ilk həmkar təşkilatının iclası keçirilmişdir.İclasda MİHİ rayon komitəsinin sədri N.Abdurahmanova yarım ildə görülmüş işlər haqqında məlumat vermişdir.İlk təşkilat sədrlərinin iş prinsipi,üzvlərin maarifləndirilməsi istiqamətində,gənc həmkarların motivasiyası baxımından addımların vacibliyinə toxunmuşdur.
Respublika Komitəsinin tapşırıq və tövsiyyələri haqqında qısa məlumat vermişdir. Vidadi İsrafilovun ilk təşkilat sədri olaraq üzvlərlə apardığı iş və ünsiyyət, sosial dialog təqdirlə qarşılandı.Daha sonra üzvlərin təklif və sualları səsləndi.Çıxış edən üzvlərdən R.Hacıqayıbova yay istirahətinin daha maraqlı təşkili ,respublikanın digər rayonlarına ekskursiyalar keçirməkdən ötrü maddi dəstək göstərməsini rayon komitəsindən xahiş etdi.
Təşkilat üzvü S.Bağıyeva məktəbdəki gənc müəllimlərin həmkar ailəsinin üzvləri olaraq daha fəal mövqeləri üçün onların bacarıqlarının ortaya qoya biləcək layihələrin vacibliyini təklif etdi.İclasda qaldırılan məsələlər müzakirəyə qoyulduqdan sonra qərar qəbul edildi.
İlk təşkilat üzvlərinin bir günlük istirahətinin "Boloton"İstirahət Mərkəzində keçirməkdən ötrü rayon komitəsinə təşkilati məsələlər tapşırıldı. İkinci təklif müzakirə olunaraq ikinci yarımildə gənc həmkarların motivasiyası üçün " Gələcək sizinlə gələcək" adlı layihə tədbirinin keçirilməsi qərara alındı.İclasın yekununda üzv Dair Ağabalayevə rayon Komitəsi adından 65 illik yubileyi və ilk təşkilat sədri Vidadi İsrafilova səmərəli əmək fəaliyyətinə görə Fəxri Fərman və pul mükafatları təqdim edildi.İclasın işində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon nümayəndəsi E.Eldarov da iştirak etdi.