Sentyabr ayın 28, 2021-ci il tarixində Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları Federasiyasının (EPSU) Cənub-Şərq dairəsinin “Pandemiya (COVİD-19) 2020-2021-ci illlərdə ölkələr üzrə mövcud olan durum və həmkarlar ittifaqları tərəfindən görülən işlər haqqında” mövzusunda növbəti vebinar görüşü keçirilmişdir.
Vebinar görüşündə Albaniya, Rumıniya, Moldova, Bolğarıstan və Türkiyə kimi ölkələrin həmkarlar İttifaqı təşkilatlarının üzvləri iştirak etmişdir. Azərbaycan Mədəniyyət, Səhiyyə, Dövlət, Metropoliten İşçiləri Həmkarlar İttifaqı Respublika Komitələrinin numayəndələri də həmçinin bu vebinara qatılıb və sahə həmkarlar təşkilatları üzrə vebinarın mövzusu ilə bağlı çıxış etmişdilər.
