Noyabrın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzinin “Pandemiya şəraitində qadınlara qarşı zorakılığın qarşısının alınması” mövzusunda vebinar (onlayn) yığıncağı keçirildi.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət İşçiləri Respublika Komitəsinin sədri Cəmilə Səttarova günün tarixindən bəhs edərək dedi ki, bu gün 1999-cu ildən etibarən Birləşmiş Millətlər Təşkilatının baş assambleyasının qərarı ilə qeyd olunmaga başlayıb: “Qadın zorakılığı qlobal pandemiya olmaqda davam edir. Qadınların təxminən 70 faizi məişət zorakılığından əziyyət çəkir. Ötən il ərzində bütün dünyada zərif cinsin nümayəndələrinə qarşı məişət zəmnində zorakılıq halları ilə bağlı daxil olan məlumatların sayı dəfələrlə artıb. Təbii ki, COVID-19 pandemiyası ilə əlaqədar bu vəziyyət daha da ağırlaşdı. Dünyada hər üç qadından biri fiziki və ya cinsi zorakılığa məruz qalıb. Belə halların çoxalması isə bu sahədə qabaqlayıcı tədbirərin görülməsinə ehtiyac yaradır”.
Komitə sədri qeyd etdi ki, Azərbaycanda rəsmi statistik məlumatlara görə 2019-cu ildə ən azı 1,038 qadın məişət zorakılığının qurbanı olub. 2020-ci ilin mart-sentyabr aylarında isə qadınlara qarşı 679 cinayət faktı qeydə alınıb. Bu rəqəmlər hər birimiz üçün ciddi bir çağırışdır: “Azərbaycan hökuməti bu çağırışa rəsmi olaraq bu ilin noyabrında təsdiq edilən məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planını işləyib hazırlamaqla cavab vermişdir.
Bu planın gələcək aylarda və illərdə icra edilməsi, milli istiqamətləndirmə mexanizminin və gender zəmnində zorakılıq kimi bəla ilə mübarizə səylərini əlaqələndirmək məqsədilə çoxtərəfli tərəfdaşlıqlar üçün təkmilləşdirilmiş çərçivənin əsasını qoymalıdır”.
C.Səttarova bildirdi ki, AHİK kişilər və qadınlar arasında sosial bərabərliyin, qadınların hüquq və mənafelərinin müdafiəsinin təmin olunması üzrə mütəmadi olaraq işlər aparır. AHİK-in Gender Problemləri üzrə Mərkəzi fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü addımlar atır.
Qadına qarşı hər növ zorakılıq hallarının qarşısının alınması üçün ən effektli və hərtərəfli yanaşmanı müəyyənləşdirir. Mərkəzin iş planında zorakılığa məruz alan qadınların öz imkanlarını genişləndirməsinə kömək üçün tədbirlərin keçirilməsinə önəm verilir. Mərkəz tərəfindən istər sosial həyatda, istər əmək sferasinda zərif cinsin nümayəndələrinin hüquq və azadıqlarının qorunması yönündə bir sıra tədbirlər, elmi-praktiki konfranslar, dəyirmi masalar, yerlərdə müxtəlif məzmunlu seminar-müşavirələr keçirilir.
Komtə sədri dedi ki, ötən ildən dünyada tügyan edən COVID -19 pandemiyası zamanı məlum oldu ki, bu dönəmdə cəmiyyətdə insanlar çox əziyyət çəkir, həmçinin gender bərabərliyi pozulur. Ona görə də, Mərkəz tərəfindən sahə həmkarlar ittifaqı komitələrinə üzvlərimizin problemlərini aşkara çıxarmaq üçün sorğu anketi göndərildi. Sahələrin cavablarının əks olunduğu bu sorğu anketinin nəticələri ilə bağlı təqdimatı MİHİ RK-nın Əməyin Mühafizəsi üzrə etimadlı həkimi Səriyə Quliyeva nümayiş etdirdi.
Sonra SİHİ RK-nın təşkilat şöbəsinin müdiri Elnarə Muradova, “Ülfət” qəzetinin əməkdaşı Əsli Əhmədova mövzu haqqında fikirlərini bölüşdülər. Tədbir mövzu ətrafında diskussiya ilə davam etdi.