top of page

Mini-Futbol üzrə Kubokun qalibləri mükafatlandırıldı

İyulun 11-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİHİ) xidməti sahəsinə aid olan təşkilatlarının komandaları arsı keçirilən Mini-Futbol üzrə Kubokun qalibləri mükafatlandırıldı.

Tədbiri giriş sözü ilə açan MİHİ RK-nın aparat rəhbəri Zaur Həmidov Heydər Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib.


Bildirib ki, Heydər Əliyevin Azərbaycan idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu Öndərin “İdman cəmiyyət üçün ən vacib sahədir. İdmanla məşğul olan hər bir insan, hətta adi bədən tərbiyəsi ilə məşğul olan hər kəs tamam sağlam olur. Sağlam olmaq üçün həkimə müraciət etmək, dava-dərman qəbul etmək, iynə vurdurmaq lazım deyildir.


Sadəcə, hər gün idmanla məşğul olun. Mən bir dəfə demişəm, yenə deyirəm: mən gənc vaxtlarımdan idmanı sevmişəm, idmanla məşğul olmuşam, bu gün də məşğul oluram. Ona görə hamınızı idmanla məşğul olmağa dəvət edirəm” fikirləri hər bir gənc üçün bugün də dəyərlidir. Z. Həmidov yarışlarda yer tutan idmançıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Daha sonra komitənin əməyin texniki müfəttişi Çingiz İbrahimov spartakiada çərçivəsində keçirilən minifutbol üzrə kubok turnirinnin nəticələri barədə məlumat verib. Qeyd edib ki, yekun olaraq - , Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası I yerə, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) komandası II yerə, AzTV komandası isə III yerə çıxıb.


Sonda turnirdə qalib gələn komandalara medal, kubok və pul mükafatı ilə təltif olunub.





bottom of page