top of page

MİHİ Qazax Rayon Komitəsi Ümumdünya Əməyin Mühafizəsi Gününü qeyd edib

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin əhatəsində olan idarə və müəssisələrdə pandemiya qaydalarının tələblərinə üyğun olmaqla 28 aprel — Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə çıxış edənlər bu günün əhəmiyyətindən söhbət açmış, təhlükəsiz və sağlam iş şəraitinin layiqli əmək üçün əsas olduğunu qeyd etmiş, insanların təhlükəsizliyinə və sağlamlığına olan yeni təhdidlərin qarşısının alınması yolunda aparılan proflaktik işlərdən danışmışlar. Tədbirlərin sonunda 2021-ci ildə istehsalatda xəsarət alanların və həlak olanların xatirəsinə həsr olunmuş beynəlxalq aksiya iştirakçılarının Böhranı qabaqlamaq və ona hazır olmaq – dayanıqlı əməyin mühafizəsi sistemlərinə investisiya qoymaq mövzusunda anketləri paylanmışdır. Anketlər iştirakçılar tərəfindən anonim qaydada doldurulmuşdur.




bottom of page