Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı gənclərinin birinci forumu keçirilib

Sentyabrın 21-də Qubada Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sahə həmkarlar ittifaqı gənclərin birinci forumu keçirilib.


Əvvəlcə forum iştirakçıları ümummilli lider Heydər Əliyevin Qubanın mərkəzində yerləşən abidəsini ziyarət edib və abidənin önünə gül dəstələri düzüblər.

Forumun əhəmiyyətini yüksək qiymətləndirən Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova ölkədə aparılan uğurlu gənclər siyasətindən danışıb, dövlət tərəfindən bu sahəyə göstərilən qayğı və diqqəti yüksək qiymətləndirib.


Cəmilə Səttarova deyib ki, forumun məhz Qubada keçirilməsi gənclərin istəyi ilə baş tutub. Azərbaycan gəncliyi həmişə kreativ ideyaları ilə beynəlxalq arenada seçilir. Ölkəmizdə əsasını ulu öndər Heydər Əliyevin qoyduğu gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə gəncləri respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edir və Azərbaycanın inkişafına öz töhfələrini verirlər.


Çıxış edən Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov forum iştirakçılarını salamlayaraq bildirdi ki, “Dövlət tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, gənclərimiz beynəlxalq arenaya inteqrasiya edirlər. Qubalı gənclər də öz ideyaları və fəallıqları ilə seçilirlər. Qubada 46 min gənc var və onların böyük bir qismi rayonun ictimai-siyasi həyatında yaxından iştirak edir”.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev ölkə gənclərinin sosial şəbəkələrdə respublikamızdakı dinamik inkişafı təbliğ etdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizdə gənclər üçün hər cür şərait yaradılıb. Onların sosial vəziyyətinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkil olunması və gənclər arasında sağlam həyat tərzinin tərənnümü ölkəmizdə prioritet məsələlərdən biridir.


“Prezident İlham Əliyev tərəfindən bu sahə ilə bağlı bir çox dövlət proqramları qəbul olunub. Bu sənədlər ölkə gəncliyinin inkişafında yeni imkanlar açıb. İstedadlı gənclər həmişə diqqət mərkəzində saxlanılır və mütəmadi olaraq mükafatlandırılırlar”, - deyə N.Ağayev əlavə edib.

Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Möhbalıyev qubalı idmançıların beynəlxalq arenadakı uğurlu çıxışından danışıb. Bildirib ki, ölkəmiz irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Şahmat Olimpiadası, Formula 1 Azərbaycan Qran-Prisi bunun bariz nümunəsidir. Cari ilin ötən 8 ayında qubalı atletlər irimiqyaslı yarışlarda 11 medal qazanıblar.


Sonra çıxış edən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsininin müdiri Z. Həmidov, Komitənin hüquqşünası Z. Yusifli, AHİK-in Gənclər şurasının sədri T. Süleymanov və AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi E. Musayev ölkə gənclərinin beynəlxalq arenadakı nailiyyətlərindən, gənclər üçün yaradılan şərait və imkanlardan, ölkə prezidentinin sərəncamları ilə hazırlanan Dövlət

Proqramlarından söhbət açdılar.


Daha sonra “Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmətində olan Bakı şəhəri ilk təşkilatlar arasında gənclərlə işin təşkili üzrə” baxış-müsabiqənin və “İlin peşəkar gənci” nominasiyasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Forum öz işini 4 ayrı qrupda davam etdirib. Qruplarda səslənən təkliflər geniş

müzakirə olunub.

F

orum çərçivəsində iştirakçılar Quba Soyqırımı Memorial Kompleksi ziyarət edib, Şəhərin görməli yerləri ilə tanış olublar.

Sonda forumun üzvləri arasında voleybol yarışı təşkil edilib və ilk üç yeri tutmuş komandalar mükafatlandırılıb.


Qeyd edək ki, foruma sentyabrın 22-də yekun vurulub.