Mədəniyyət işçiləri qayğı ilə əhatə olunur

Dünya üzrə elan olunmuş pandemiya dövrü ərzində vətəndaşların maddi-rifah halının və məşğulluğun aşağı düşməməsinə yol verilməməsi istiqamətində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı öz üzvlərinə dəstək məqsədi ilə bir sıra layihələr həyata keçirir. Dövr ərzində Respublika Komitəsinin bölgələrdə fəaliyyət göstərən şəhər və rayon Komitələri aztəminatlı ailələrə ərzaq yardımları və tibbi ləvazimatlar ilə təmin edir.

May ayının 4 və 5-də Bakı şəhəri üzrə fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan 300 nəfər həmkarlar İttifaqı üzvünə ərzaq sovqatlarının verilməsi aksiyası davam etdirilib.