Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri xanım C.Səttarova tərəfindən uzun illər kitabxanada işi sahəsində və həmkarlar ittifaqı işində xidmətlərinə, kollektivin ictimai həyatında fəal iştirakına görə və anadan olmasının 65 illiyi münasibətilə Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Xidmət şöbəsinin Abonement bölməsinin müdiri, Həmkarlar İttifaqı Komitəsinin sədri Mehri Xuduş qızı Rəhimova Fəxri Fərmanla təltif olunub.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri xanım C.Səttarova tərəfindən uzun illər milli teatr sənətinin inkişafında xidmətlərinə, kollektivin ictimai həyatında fəal iştirakına görə və anadan olmasının 75 illiyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artisti, Azərbaycan Respublikasının Əməkdar Artisti Məzahir Həmdulla oğlu Cəlilov Fəxri Fərmanla təltif olunub.

