top of page

Layiqli Əmək günü ilə bağlı vebinar keçirildi

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (MİHİRK) tərəfindən 7 Oktyabr -Ümumdünya Layiqli Əmək Günü münasibətilə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüş «Əhalinin məşğulluğunun bərpası və artırılması üçün mübarizə» mövzusunda onlayn seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Respublika Komitəsinin sədri Cəmilə Səttarova Layiqli Əmək Gününün yaranma tarixindən, mahiyyətindən danışaraq dedi ki, 7 oktyabr- Dünya Fəaliyyət Günü kimi bütün ölkələrdə həmkarlar ittifaqları birlikləri tərəfindən qeyd edilir. COVİD-19 pandemiyası ilə əlaqəli gərgin mühitə baxmayaraq, bu il də işləyən insanların həyat səviyyəsinin yaxşılaşdırılması, iş yerlərində ayrı-seçkiliyə yol verməmək, işçilərə yaradılan şərait, texniki təhlükəsizlik qaydaları və sairə mövzulara dair tədbirlər keçirilir, şüarlar səsləndirilir.


C.Səttarova pandemiyanın bu sahədə yaratdığı fəsadlara da toxunaraq qeyd etdi ki, Azərbaycan dünyanın bir neçə dövlətlərindən biridir ki, pandemiya ilə mübarizədə gördüyü qabaqlayıcı tədbirlər sayəsində yaranmış vəziyyətdən ən az itki ilə çıxmağı bacarmaqdadır.

Postpandemiya dövründə isə bizim əsas prioritetlərimiz iqtisadi inkişafı, iqtisadi və maliyyə sabitliyini təmin etmək, sağlam və rəqabətqabiliyyətli insan kapitalını daha da inkişaf etdirmək, dayanıqlı iş yerləri yaratmaq və iqtisadi fəaliyyətin yeni sahələrini inkişaf etdirməkdir.


Daha sonra MİHİRK-in əməyin texniki müfəttişi Çingiz İbrahimov çıxış edərək sahə idarə və müəssisələrində çalışan işçilər üçün yaradılan iş şəraitindən, onların əməklərinin təhlükəsizliyi istiqamətində görülən işlərdən danışdı. Qeyd etdi ki, əhalinin sağlamlığını qorumaq məqsədilə işə çıxanların sayının məhdudlaşdırılmasına baxmayaraq, bütün işçilər dövlət tərəfindən tam əməkhaqqı ilə təmin olunmuşlar. Pandemiya dövrünə baxmayaraq ittifaqımızın daxilində işəgötürənlər tərəfindən işçilər işdən çıxarılmamış və heç bir ixtisarlar baş verməmişdir. İşçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsi hər zaman həmkarlar ittifaqlarının diqqət mərkəzində olmuşdur.


Seminar iştirakçılarından MİHİ RK-nın əməyin mühafizəsi üzrə etimadlı həkimi Səriyə Quliyeva, Zaqatala Rayon Komitəsinin sədri Sona Qaziyeva, Biləsuvar Rayon Komitəsinin sədri Adil Əhmədov, Sabirabad Rayon Komitəsinin sədri Telman Əzimov, Ağdam Rayon Komitəsinin sədri Cahangir Talıbov, Gəncə Şəhər Komitəsinin sədri Sahib Axundov, Ucar Rayon Komitəsinin sədri Mirqələm Əliyev «Əhalinin məşğulluğunun bərpası və artırılması üçün mübarizə» mövzusunda görülən tədbirlərdən, qarşıda duran məsələrdən danışdılar.




bottom of page