Belçikanın Brüssel şəhərində 4-5 aprel 2022-ci il tarixlərində Avropa İctimai Xidmətlər Birliyi Həmkarlar İttifaqları Federasiyasının (EPSU) İcraiyyǝ Komitəsinin 68-ci iclası keçirilib. İclasda EPSU-nun pandemiya dövründə gördüyü işlər haqqında təqdimatı olmuş və komitəyə üzv olan təşkilatlarla birgə çətin dövr ərzində dünyada baş verən ümumi vəziyyətlə ələqədar müzakirələr aparılmışdır.
Bundan əlavə iclas zamanı Ukraynada baş verən hadisələrlə bağlı çıxışlar səslənmiş və Ukraynaya dəstək olmaq üçün həmrəylik göstərilmişdir.Azərbaycandan deleqasiya qismində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı və Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitələrinin sədrləri və nümayəndələri də bu tədbirdə iştirak ediblər.