Bu gün Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı ağır itki ilə üzləşib. Ömrünün 45 yaşında Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilat işləri və hüquqi məsələlər üzrə şöbəsinin müdiri Əhmədzadə Samir Əhməd oğlu
vəfat etmişdir.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri C.Səttarova adından və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının çox minli üzvləri adından Allahdan rəhmət diləyir və mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.
ALLAH RƏHMƏT ELƏSİN!
