Mayın 25-də AHİK-in Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzin “Ulu Öndər Heydər Əliyevin respublikada apardığı siyasəti və əldə olunan nəticələri” mövzusunda növbəti vebinarı keçirilib. Ümummilli liderin anDD32adan olmasının 98-ci ildönümü ilə əlaqədar keçirilən, şəhər, rayon komitələrinin və ilk təşkilatların sədrlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova açdı. Dedi ki, Azərbaycan xalqının tale yüklü hadisələrlə dolu 30 ildən artıq bir dövrü Heydər Əlyevin adı ilə bağlıdır. Bu dövr ərzində ümummilli lider Azərbaycanı zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni tərəqqisinə nail olmuş qüdrətli bir şəxsiyyətdir. Bu gün birmənalı şəkildə, demək olar ki, Azərbaycan xalqının demokratik, hüquqi dövlətdə yaşamaq ideyası real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi Heydər Əliyevin adı ilə bağlıdır.
C.Səttarova həmçinin qeyd etdi ki, XX əsrin 60–cı illərinin sonlarından ölkəmizə rəhbərlik etməyə başlayan ümummilli lider Heydər Əliyev qadın azadlığına, qadınların bütün sahələrdə irəli çəkilməsinə xüsusi diqqət yetirib: “Məhz, bu gün Heydər Əliyevin və onun siyasətinin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu siyasi fəaliyyətinin nəticəsində Azərbaycan qadınları həmişə özlərini, sözün həqiqi mənasında, cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss ediblər. Dövlət müstəqilliyi bərpa edildikdən sonra qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atılmış, müvafiq qərarlar qəbul edilmişdir. İlk olaraq, Azərbaycan bütün beynəlxalq sənədlərə, o cümlədən 1992–ci ildə BMT–nin «Qadınların siyasi hüquqları», 1995–ci ildə «Qadınlara qarşı ayrı–seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə konvensiya»sına qoşulmuşdur”.
Mərkəzin sədri qeyd etdi ki, Ulu Öndərin müəllifliyi ilə qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə eyni hüquqa malik olması təsdiqlənib və bununla demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılmışdır. Ümummilli liderin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsini təsis etməsi görülən işlərin zirvə nöqtəsi oldu.
Bununla qadınlara əlavə səlahiyyət verildi, birbaşa onların problemləri ilə məşğul olan dövlət qurumu yaradıldı.
Demək olar ki, hazırda Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında, gender problemlərinin həlli, qadınlara qarşı bütün zorakılıq hallarının aradan qaldırılması yolunda dövlətimiz və Azərbaycan həmkarlar ittifaqları tərəfindən mühüm tədbrlər həyata keçirilir. Bu gün Azərbaycan həmkarlar ittifaqlarının Beynəlxalq aləmdə, o cümlədən, respublikamızın nüfuzunun və mövqeyinin gücləndirilməsi istiqamətində AHİK-in sədri, millət vəkili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev öz fəaliyyətində qadın prblemləri və qadın hüquqları ilə bağlı məsələlərin həllinə çox böyük üstünlük vermiş, onun rəhbərliyi ilə AHİK və onun nəzdində fəaliyyət göstərən Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəz tərəfndən hər il qadınların sosial hüquqlarının qorunması və onların normal fəaliyyətinin təmin olunması üçün lazımı tədbirlər həyata keçirilməkdədir.
Daha sonra tədbir iştirakçılarından Zaqatala Rayon Komitəsi Hİ sədri Sona Qazıyeva, Sabirabad Rayon Komitəsi Hİ sədri Telman Əzimov, Şəki Rayon Komitəsinin "Gender bərabərliyi və qadın problemləri üzrə" komissiyasının sədri Şəmsiyyət Əsgərova, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sosial-iqtisadi məsələləri üzrə mütəxəssisi Dilarə Həsənova çıxış etmişlər.