31 yanvar 2022-ci il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Gender Bərabərliyi və qadın problemləri üzrə” Mərkəzinin 2021-ci ilin yekunlarına dair hesabatı mövzusunda vebinar keçirilmişdir. Vebinarı giriş sözü ilə AHİK-in Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin sədri C.Səttarova açmış və vebinar iştirakçılarına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Gender Bərabərliyi və qadın problemləri üzrə” Mərkəzin 2006-2021-ciilləri üzrə apardığı işlər haqqında işiq üzü görmüş kitab barəsində məlumat vermişdir.
C.Səttarova, Sahə Komitələrin Gender Bərabərliyi üzrə komissiyaları tərəfindən 2022-ci il üçün Tədbirlər Planının tərtib və təsdiq edilməsini tövsiyə etmişdir. Vebinarın gedişatında Sahələrin Mərkəz üzvləri tərəfindən 2021-ci ildə gördülən işlər haqqında hesabat vermişlər.