top of page

AHİK-in "Dayanıqlı İnkişaf" ilə bağlı kitabının təqdimatı keçirildi

08 iyul 2022-ci il tarixində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyində BƏT-in dəstəyi ilə AHİK tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat kitablarının təqdimatı keçirilmişdir.


Dəyirmi masa arxasında keçirilən tədbirdə, AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri N.Hüseynov, MİHİ Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Ç.İbrahimov, Xaçmaz Regional Mədəiyyət İdarəsinin məsləhətçisi F. Musayev, MİHİ-nin Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayon Komitələrinin sədrləri və fəalları iştirak etmişlər.


İclasın əvvəlində tədbir iştirakçıları tərəfindən Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş zabit və əsgərlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.


Sonra kitabın təqdimatı ilə bağlı Ç.İbrahimov və N.Hüseynov tərəfindən Dayanıqlı inkişafın 17 məqsədi, Dayanıqlı İnkişaf Məqsədlərin həyata keçirilməsində milli tədbirlər və irəliləyişlər, AHİK-in dövlət sisteminin həyatında və vətəndaş çəmiyyətinin qurulmasında iştirakı və sosial dialoqun təşkili haqqında iclas iştirakçılarına ətraflı məlumat verilmişdir.


İclasın sonunda tədbir iştirakçıları tərəfindən verilən suallar AHİK və MİHİ Respublika Komitəsinin məsul şəxsləi tərəfindən cavablandırılmışdır.





bottom of page