top of page

AHİK-in Dayanıqlı İnkişaf ilə bağlı çap olunmuş kitablarının təqdimatı keçirildi

Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 03.06.2022-ci il tarixində Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində təqdimatı keçirilmişdir.


Tədbirdə, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi B.Qılıncov, AHİK-in təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi E.Şahverdiyev, MİHİ Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Ç.İbrahimov, MİHİ-nin Masallı, Astara, Biləsuvar, Lənkaran, Lerik, Yardımlı, Cəlilabad rayon Komitələrinin sədrləri və fəalları iştirak etmişlər.


Tədbirin əvvəlində 44 günlük Vətən Müharibəsində şəhid olmuş əsgər və zabitlərin xatirəsi bir dəqiqəlik sükütla yad olunmuşdur.

Sonra kitabların təqdimatları ilə bağlı Ç.İbrahimov və E.Şahverdiyev çıxış etmişlər.

Tədbirin sonunda iştirakçılar tərəfindən verilən suallar cavablandırılmışdır.




bottom of page