MİHİ Respublika Komitəsinin xidmət əhatəsində olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən 7 Oktyabr Ümumdünya Layiqli Əmək gününə həsr olunmuş tədbir keçrilmişdir. Tədbirdə MİHİ Respublika Komitəsinin Əməyin texniki müfəttişi İbrahimov Çingiz və Akademiyanın bir çox rəhbər şəxsəri iştirak etmişdir.
Tədbir HİK sədri Quliyev Yusif Nazir oğlu tərəfindən açıq elan edilmişdir. Tədbirdə İbrahimov Çingiz, elmi katib professor Bəxtiyar Rüstəmov, tədris hissə müdiri Nazim Abbasov və digər şəxslər çıxış etmişdir. Tədbirdə Akademiyanın ən işgüzar fəal əməkdaşları qiymətli hədiyyə və fəxri diplomlarla təltif edilmişdir.