4 aprel 2022-ci il tarixdə Beynəlxalq Əmək Təşkilatının İdarəetmə Orqanının İşçi Qrupu tərəfindən təşkil olunan “Peşəkar təlim və davamlı təhsil: Həmkarlar ittifaqı siyasətinin, strategiyasının və fəaliyyətinin inkişafı” mövzusunda onlayn-kurslara star verilib.
Aprel ayının 29-na qədər davam edəcək onlayn-kurslarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatlarında çalışan fəal gənclərin işçiləri iştirakı nəzərdə tutulub.
Onlayn-kursların gündəliyində gənc mütəxəssislərin mövzu ətrafında təqdimatları, daha sonra qrup şəkilində müzakirələri və iştirakçıların çıxışları qeyd olunub. Keçirilən onlayn-kurslarda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi də təmsil olunub.