top of page

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü

Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2003-cü ildən 28 Apreli Ümumdünya Əməyin Mühafizəsi Günü olaraq elan edib.


Məqsəd işçilərin həyat və sağlamlığının qorunması üçün təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələsinə ictimaiyyətin diqqətinin artırılmasıdır.

Azərbaycanda da hər il Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilir.

Əməyin mühafizəsi Azərbaycanda dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir. BƏT-in əməyin mühafizəsi ilə bağlı Konvensiyaları ölkəmiz tərəfindən qəbul edilib, əməyin mühafizəsi sahəsində dolğun milli qanunvericilik yaradılaraq daim təkmilləşdirilir.



bottom of page