Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.
22 may 1998-ci il Azərbaycan ordusunun yaradılmasının 80 illiyinə hədiyyə kimi ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən 26 iyun – Silahlı Qüvvələr Günü elan edildi. Azərbaycan tarixinin ən şərəfli günlərindən olan bu günü xalqımız hər il təntənəli şəkildə qeyd edir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqının qüdrətli ordusunun mərd zabit və əsgərlərini təbrik edirik.
