top of page

II Qarabağ müharibəsi-də iştirak edən qazilərlə vebinar keçirildi

28 yanvar 2022-ci il tarixdə’“2 Fevral – Gənclər Günü”nə həsr olunmuş “DİSPUT KLUB” çərçivəsində - MİHİ RK-nın xidmət əhatəsində olan müəssisə və təşkilatlarda çalışan “II Qarabağ müharibəsi” də iştirak edən qazilərlə vebinar görüşü keçirilmişdir.


Tədbiri giriş sözü ilə MİHİ Respublika Komitəsinin sədri C.Səttarova açmış və gənclərin vətənpərvərlik ruhunda , tərbiyəsi olunmasında, formalaşması haqqında öz fikrlərinin söyləmişdir. Görüşün gedişatında MİHİ Respublika Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Z.Həmidov II Qarabağ Müharibəsi dövründən bu günə kimi MİHİ Respublika Komitəsi tərəfindən Milli orduya, şəhid ailələrə və qazilərə etdiyi dəstək haqqında vebinar iştirakçılarına ətraflı məlumat vermişdir.


Mövzu ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hüquq şöbəsinin müdir müavini, II Qarabağ müharibəsinin qazisi R.Bağırov 44 günlük müharibədə keçdiyi yol haqqında, öz əsgər yoldaşları ilə bağlı fikrlərini tədbir iştirakçılarına çatdırmışdır.


Eyni zamanda vebinarda MİHİ Respublika Komitəsinin xidmət əhatəsində olan şəhər, rayon Komitələri və ilk həmkarlar ittifaqı təşkilatlarında çalışan II Qarabağ Müharibəsində iştirak edən qazilər də mövzu ətrafında çıxış etmişlər.




bottom of page