Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi AHİK-in 19 aprel 2021-ci il tarixli, 52/16 №-li məktubunun icrası ilə əlagədar olaraq bildirir ki, MİHİ-nin şəhər, rayon və ilk Həmkarlar İttifaqı Təşkilatlarının sədrlərinə 20 aprel 2020-ci il tarixli 57 №-li sirkulyar məktub elektron poçt vasitəsilə göndərilmişdir.
Məktubda, Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2021-ci ildə 28 aprel Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlagədar COVİD-19 pandemiyası ilə mübarizə məqsədilə "Böhranı qabaqlamaq və ona hazır olmaq-dayanıqlı əməyin mühafizəsi sistemində investisiya qoymaq" mövzusunda sanitar-gigiyenik qaydalarına riayət etməklə müəssisə və təşkilatlarda tədbirlərin keçirilməsi tapşırılmışdır.
Eyni zamanda tədbir iştirakçıları tərəfindən AHİK-in əməyin mühafizəsi şöbəsi tərəfindən mövzu ilə bağlı hazırlanmış sorğu anketlərin doldurulması tövsiyə edilmişdir.
Hal-hazırda yuxarıda qeyd olunanlarla əlaqədar xidmətimizdə olan müəssisə və təşkilatlarda Koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair görülən tədbirlər barədə və işçilər tərəfindən mövzu ilə bağlı doldurulan anketlər ümumiləşdirilərək MİHİ Respublika Komitəsinə daxil olomaqdadı.
